Zəncirvari qəza törədən şəxs öldü

Zəncirvari qəza törədən şəxs öldü
13:18 12 Mart 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtomobili qaçıraraq zəncirvari qəza törədən 28 yaşlı Şirvan sakini xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Publika.az APA-ya istinadən xəbər verir ki, martın 6-da Şirvan sakini, 1989-cu il təvəllüdlü Eyvazov Zahid Mirqalib oğlu qaçırdığı "Hyundai" markalı avtomobili böyük sürətlə idarə edərək şəhərin H.Əliyev prospektində zəncirvari qəza törədib.

Nəticədə müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin və digər ağır bədən xəsarətləri alan yaralı bu gün reanimasiya şöbəsində komadan ayılmayaraq dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR