Sovetlərin məşhur siqaretləri - Unudulmayan brendlər

Sovetlərin məşhur siqaretləri - Unudulmayan brendlər
13:28 12 Mart 2017
Ölkə mətbuatı
A- A+

Sovet İttifaqında 18 yaşına qədər çox az insan siqaret çəkirdi. Qadınlar isə ümumiyyətlə siqaret çəkdiklərini gizlədirdilər. Zərif cinsin açıq şəkildə siqaret çəkməsi kənardan mənfi münasibət yaradırdı.

Kişilərin əksəriyyəti isə günə bir qutu siqaret çəkirdi. Siqaret əsasən işləyən təbəqənin 90 faizini əhatə edən fəhlələr tərəfindən istifadə edilirdi.

Çoxsaylı tütün fabrikləri fəaliyyət göstərirdi. Zavodlar eyni qablaşdırmada, eyni adlı, eyni qiymətə siqaret istehsal edirdilər. Fərq sadəcə qoxuda və tamda olurdu.

Tütün məhsullarının istehsal mərkəzlərindən biri Sank-Peterburq hesab edilirdi. Burada sovetlərin ən məşhur brendi – “Belomorka” istehsal olunurdu. Düzdür, bu filtersiz siqaretlər başqa şəhərlərin zavodlarında da istehsal olunurdu. Lakin Leninqrad istehsalı olanlar ən yaxşı sayılırdı. Dəyəri isə 22 qəpik təşkil edirdi.

İkinci məşhur filtersiz siqaret “Lubitelskie” hesab olunurdu. 30 qəpik olan bu siqaretlər çəhrayı qablaşdırmada olduğu üçün “damski” adlandırılırdı. Məşhur brendlərdən biri də “Sterla” idi. Kənd siqareti sayılan “Vatra” da sovetlərin tanınmış brendlərindən sayılırdı.

Filterli siqaretlərə gəlincə, onlardan biri “Leninqrad” idi. Qiyməti 40-60 qəpik təşkil edirdi. Hətta söz-söhbətlər var idi ki, yüksək rütbəli partiya üzvləri üçün xüsusi brendlər istehsal olunur. “Stoliçnıe”, “Kosmos”, “Yava”, “Troyka” kimi siqaretləri də unutmaq olmaz. Düzdür, “Troyka” siqareti o zaman alınırdı ki, dükanda başqa seçim olmurdu.

Yenidənqurma illərində ən müvəffəqiyyətli markalardan biri "Arktika" hesab edilirdi. O kifayət qədər xoş dada və qoxuya malik idi. Amma məşhurluğunun səbəbi qəhvəyi filteri idi. Bu bahalı idxal siqaretlərini xatırladırdı.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/190329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR