Xalq şairinin oğlu faciəvi şəkildə dünyasını dəyişdi

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, şairin oğlu Yalçın Qocayev vəfat edib.

F.Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib: "Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib".

Qeyd edək ki, mərhumun 52 yaşı olub.

// BakiPost


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR