Çavuşoğlu beynəlxalq təşkilatlara şikayət etdi

Çavuşoğlu beynəlxalq təşkilatlara şikayət etdi
15:13 12 Mart 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri (XİN) Mövlud Çavuşoğlu Hollandiya hökumətinin onu ölkəyə buraxmaması ilə bağlı qərarından beynəlxalq qurumlara şikayət edib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Çavuşoğlu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Duncan, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogerini, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt və digər beynəlxalq təşkilartların rəhbərləri ilə telefon əlaqəsi saxlaylıb. XİN rəhbəri onları hazırki vəziyyətlə bağlı məlumatlandırıb.

Çavuşoğlu Hollaniyanın yalnış addım atdığını, buna görə Türkiyənin qarşısında cavab verəcəyini bildirib.

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR