Böyük Britaniya Avropa İttifaqını bu tarixdə tərk edəcək

Böyük Britaniya Avropa İttifaqını bu tarixdə tərk edəcək
15:27 12 Mart 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

"Böyük Britaniya Avropa İttifaqını 2019-cu ilin martında tərk edəcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Brexit üzrə naziri Devid Devis BBC-yə müsahibəsində bildirib.
 
D. Devis deyib ki, keçən ilin iyununda Britaniya xalqı Avropa İttifaqından çıxmaqla bağlı qərar verib və bu, baş verməlidir. Nazir Böyük Britaniya hökumətinin Avropa İttifaqından çıxmaq prosesinin ən əlverişli şərtlərlə həyata keçirmək niyyətində olduğunu vurğulayıb.
 
Qeyd edək ki, 2016-cı il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda seçicilərin 51,9 faizi ölkənin Avropa İttifaqını tərk etməsini dəstəkləyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR