Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.
Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə
etdiyi "Traktor" yolun kənarında dayan "Vaz 2106" markalı maşına
çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid
oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da,
onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən gəncin atası uzun müddət yol polisi işləyib.
Fakt araşdırılır.