Azərbaycanın 2 cüdoçusu "Böyük Dəbilqə" turnirində finala yüksəlib

Azərbaycanın 2 cüdoçusu "Böyük Dəbilqə" turnirində finala yüksəlib
15:47 12 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 mart. REPORT.AZ/ Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin son yarış günündə Azərbaycanın 2 cüdoçusu finala yüksəlib.
"Report"un məlumatına görə, bunlar Məhəmmədəli Mehdiyev və Elmar Qasımovdur.
90 kq çəki dərəcəsində yer alan Mehdiyev həlledici qarşılaşmada İslam Bozbayevlə (Qazaxıstan), 100 kq çəkidəki Qasımov isə Mixael Korrellə (Hollandiya) üz-üzə gələcək. Bundan başqa elə 100 kq. çəkidə bürünc medal uğrunda Azərbaycanın iki təmsilçisi - Zəlim Kotsoyev və Elxan Məmmədov görüşəcək. Bu isə təşkilatçı ölkənin aktivinə istənilən halda bürünc medalın yazılacağı deməkdir. Məmmədov yarımfinalda Qasımova, 3 xəbərdarlıq alaraq, uduzub.
Bundan başqa 90 kq. çəkidə Abdulhaqq Rəsullu Quedjau Nhabali (Ukrayna) ilə, 100 kq-dan yuxarı çəkidə isə Uşangi Kokauri Onise Buğadze (Gürcüstan) ilə bürünc medal görüşünə çıxacaq.
Qarşılaşmalar saat 17:00-da başlanacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk iki yarış günündə Azərbaycan cüdoçularından Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-2-cudocusu-boyuk-debilqe-turnirinde-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR