"Bu oyunu unutmalıyıq" - Millimizin üzvü

"Bu oyunu unutmalıyıq" -   Millimizin üzvü
15:57 12 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

“Qələbə qazana bilmədiyimizə görə çox üzüldüm.  Yaxşı mübarizə aparsaq da, qələbə hesabını qoruya bilmədik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Bursaspor”un və Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz deyib.


Bursa təmsilçisi Türkiyə Super Liqasının XXIV turunda səfərdə “Osmanlıspor”la heç-heçə (1:1) edib.  Komandasının yeganə qolunun müəllifi olan hücumçu oyundan sonra fikirlərini bildirib.


Millimizin frovardı nəticədən razı qalmadığını deyib: “Osmanlıspor” yaxşı komandadı, onların meydanında hesabda önə keçmək asan iş deyil. Biz üstünlüyümüzü 85-ci dəqiqəyə qədər qoruya bildik. Əlbəttə, bu hesabdan razı qalmamışıq. Son dəqiqələrdə qol buraxmaq hər kəsi üzdü. Amma bu oyunu unutmalıyıq. Hazırda bizim üçün önəmli olan qarşıdakı oyunlarımızdı. Növbəti turda öz meydanımızda qələbə qazanmaq istəyirik”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-oyunu-unutmalyqquot-t56867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR