"Avropada da ev alacam" - Ayan

"Avropada da ev alacam" - Ayan
15:57 12 Mart 2017
317 Şou
Ölkə mətbuatı
A- A+

"Selena məni qısqanır. Gələcəkdə ailə qurmaq mənim üçün çətin məsələdir. Beş övladım olsa da, Selena qədər çox istəyə bilməyəcəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Lider maqazin"ə açıqlamasında deyib. 

Sənətçi bildirib ki, Bakıya qayıtmağı düşünmür:

"Türkiyəyə köçəndə rus dilində danışırdı. Orda heç kim onu başa düşmürdü. Deyirdi qayıdaq Bakıya. Amma indi öyrəşib. Bakıya gəlmək istəmir. 

Azərbaycana heç vaxt birdəfəlik qayıtmayacağam. Türkiyədə yaşayacam. Hətta Avropada da ev almaq istəyirəm. Orada da yaşamaq maraqlı olar. Sənətdən getməmişəm. Arada bura gəlirəm, bəzilərinin başına daş düşür. Şou-biznesə maraq qalmayıb. Yerini tutan tutub, pulunu qazanan qazanır. Yeni gələn yer tuta bilmir. Heç mənim yerimi də tutan yoxdur".
 
Şəxsi həyatdan danışan Ayan sevgisini etiraf edib:

"Əsas odur ki, o mənim, mən onun yanındayam. Selena da mənim yanımdadır. Bizi itirən itirib. Bəzisi Ayanın yanında reklam olunurdu. İndi gündəmdən düşüb, heç kimə lazım deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/525349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR