Efiopiyada 15 nəfər zibilin qurbanı oldu

Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
16:37 12 Mart 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Efiopiyanın paytaxtı Əddis-Əbəbə ətrafında nəhəng zibil poliqonunun aşması nəticəsində 15 nəfər həyatını itirib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə təxminən 150-ə yaxın insan olub. Xilasedicilər yüngül xəsarət almış 37 nəfəri canlı olaraq hadisə yerindən çıxarıb. Onlarla insan töküntülərin altında qalıb.

Poliqon 50 ildən uzun müddətdir ki, şəhər ətrafında yerləşirdi. Son illərdə zibillərin başqa yerə daşınması şəhərin çirklənməsinə gətirib çıxarıb. Anti-sanitar mühitdən şikayətlənən fermerlər şəhərdə ikinci zibil poliqonun yaradılmasına qarşı çıxıblar. Hadisə poliqonun başqa bir əraziyə daşınması zamanı baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR