"Qalatasaray" transfer bombasını partladır

"Qalatasaray" transfer bombasını partladır
16:57 12 Mart 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" "Yuventus"dan ayrılması gözlənilən Mario Mandzukiçi heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, "Marsel"in də transfer etməyə çalışdığı xorvat forvardın İstanbul klubuna keçmək ehtimalının daha yüksək olduğu bildirilir.


Bu barədə İtaliyanın "Calciomercato" qəzeti və Fransa mətbuatı məlumat yayıb. Avropalı həmkarlarımızın iddiasına görə, "Qalatasaray" Marionun transferi üçün ciddi addımlar atmağa başlayıb. İstanbul klubunu xorvat İqor Tüdorun çalışdırması Mandzukiçin qərar verməsində əsas rol oynayacağı deyilir. Hücumçunun məhz həmyerlisinə görə Türkiyəyə üz tutmaq ehtimalı yüksəkdi.


Qeyd edək ki, Mandzukiç 2014-cü ildə "Bavariya"dan "Atletiko"ya 22, bir ilk sonra "Yuventus"a 19 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 18 milyon avro qiymət qoyub. Cari mövsümdə 34 rəsmi oyuna çıxan 30 yaşlı hücumçu cəmi 7 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-transfer-bombasn-partladr-t56868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR