Niderland polisi aksiyada saxlanılanların sayını AÇIQLADI

16:57 12 Mart 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Niderland polisi dünən Rotterdamda Türkiyə konsulluğu qarşısında aksiya iştirakçılarından 12 nəfəri saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Niderland polisinin təmsilçisi Patrisiya Uessls aksiyaçıların ictimai asayişi pozduqları üçün saxlandığını söyləyib.
 
P. Uessls aksiyaçıların polisə butulka və daş atdığını, polisin rezin dəyənək və gözyaşardıcı qazdan istifadə etdiyini qeyd edib. İğtişaş zamanı 7 nəfər, o cümlədən polis zabiti xəsarət alıb.
 
Qeyd edək ki, dünən Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR