Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb

Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb
17:47 12 Mart 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 mart. REPORT.AZ/ Martın 11-də Suriyanın paytaxtı Dəməşq şəhərinin Bab əs-Saqir qəbiristanlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bundan əvvəl 40-dan çox insanın öldüyü bildirilirdi.
Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində ən azı 120 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Terrorçuların hədəfi şiə qəbiristanlığına gələn müsəlman zəvvarlar olublar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/demesqde-partlayis-neticesinde-olenlerin-sayi-74-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR