"Türkiyənin AB-nə daxil olmaq şansı yoxdur"

Rus senator Aleksey Puşkov Avropa ölkələri ilə yaşadığı böhrandan sonra Türkiyənin Avropa Birliyinə daxil olmaq şansının olmadığını bildirib.

Metbuat.az xəbər verir ki, Puşkov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Hamburq və Roterdam şəhərlərində təşkil edilməsi planlaşdırılan sessiyaların ləğv olunmasından sonra Türkiyənin Avropadakı nüfuzunun aşağı düşdüyünü də əlavə edib.

Senator rəsmi "Twitter" hesabında baş verən proseslər barədə ətraflı izah verib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR