Ər və arvad qəzaya düşdü - Qazaxda

Ər və arvad qəzaya düşdü - Qazaxda
18:32 12 Mart 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax rayonunda 2 avtomobilin toqquşması nəticəsində ər və arvad xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Qazaxbəyli yolunda baş verib.
Qazax rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Yaşar Nəzər oğlunun idarə etdiyi "Oka" markalı avtomobil ilə "VAZ-21015"in toqquşması nəticəsində birinci maşının sürücüsü və həyat yoldaşı olan sərnişini, 1972-ci il təvəllüdlü Əbdülrəhmanova Elmira Əbdülrəhman qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra sürücünün vəziyyətinin orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal olduğu bildirilir. Digər avtomobildə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/525378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR