"Real" 70 milyonluq futbolçu alır

"Real" 70 milyonluq futbolçu alır
18:57 12 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

"Real" Eden Hazardı heyətinə qatmaq üçün hərəkətə keçir. Fanat.Az xəbər verir ki, artıq "Kral Klubu"nun "Çelsi"yə təqdim edəcəyi təklifi hazırlayıb.


"Mundo Deportivo"nun xəbərinə görə, İspaniya klubu Eden Hazardın əvəzində ingilislərə Alvaro Morata və müəyyən məbləğdə pul təklif edəcək. Dieqo Kostaya gələn təklifləri dəyərləndirən "Çelsi"nin Morata transferinə müsbət yanaşdığı bildirilir.


Qeyd edək ki, "Çelsi" Hazardı 2012-ci ildə "Lill"dən 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-70-milyonluq-futbolcu-alr-t56870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR