"Barselona" - PSJ matçı yenidən keçiriləcək?

"Barselona" - PSJ matçı yenidən keçiriləcək?
19:13 12 Mart 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" və PSJ arasında Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan cavab qarşılaşmasının yenidən keçirilməsi üçün petisiya yaradılıb.

Publika.az goal.az-a istinadən xəbər verir ki, cavab qarşılaşmasının "Kamp Nou"da yenidən keçirilməsinə 95 min nəfər imza atıb. Bunu imzalayanların sayı 150 mini keçməlidir.

Petisiyanın müəllifi Luis Melendo Olmedo hesab edir ki, oyunun baş hakimi Deniz Aytekin mübahisəli qərarları ilə katalonların lazımi nəticə qazanmasında mühüm rol oynayıb. Əsas səhvlər kimi Xavyer Maskeranonun Di Mariaya qarşı cərimə meydançasının daxilində kobudluğu və Luis Suarezin nümayişkəranə tərzdə yıxılmasına penalti təyin olunması qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR