"Real" ulduz futbolçunu almaq istəyir

Madridin "Real" komandası Belçikalı futbolçu Eden Hazardı heyətinə qatmaq istəyir.

Metbuat.az bildirir ki, artıq futbolçunun çıxış etdiyi "Çelsi" klubuna təqdim olunacaq təklif planı da hazırlanıb.

Qeyd edək ki, 2012-ci ildə "Lill"dən 35 milyon avroya "Çelsi"yə keçən futbolçunun transfer qiyməti 70 milyon avro civarındadır.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR