Azərbaycanlıların duelində azərbaycanlı qol vurdu

Azərbaycanlıların duelində azərbaycanlı qol vurdu
20:07 12 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya Premyer Liqasında XIX turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, tur azərbaycanlı futbolçuların qarşılaşması ilə əlamətdar olub.


Belə ki, Rusiya millisində çıxış edən Aleksandr Səmədovun çıxış etdiyi "Spartak" (Moskva) Rusiya U-21-nin üzvü, AFFA-nın yığmamıza cəlb etməyə çalışdığı Ayaz Quliyevin forma geyindiyi "Anji"ni qəbul edib.


Hər iki futbolçu start heyətində yer alıb. Səmədov 90+2-ci dəqiqədə əvəzlənibsə, Quliyev final fitinədək meydanda olub. Beləliklə, Ayaz "Anji"də debüt edib.


Matç "Spartak"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qoluna 67-ci dəqiqədə Səmədov imza atıb.


Qeyd edək ki, "Spartak" 19 turdan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir, "Anji" 20 xalla 11-ci pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanllarn-duelind-azrbaycanl-qol-vurdu-t56871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR