Əddis-Əbəbədə zibil yığınının altında qalaraq ölənlərin sayı 35-ə çatıb

Əddis-Əbəbədə zibil yığınının altında qalaraq ölənlərin sayı 35-ə çatıb
20:27 12 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 mart. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbədə zibil yığını sürüşməsi nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verir.
Məlumata görə, hələ də xeyli insan dağıntılar altında qalmaqdadır. Bildirilir ki, zibilliyin olduğu ərazidə onlarla adam gecəqondularda məskunlaşıb.
Efiopiya paytaxtındakı nəhəng zibilliyin olduğu ərazi artıq 50 ildir məişət tullantıları üçün istifadə edilir.
Sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub. Xilasedicilər dağıntılar altından yalnız 37 nəfər tapa bilib, onlara tibbi yardım göstərilir.
Əddis-Əbəbə şəhər rəhbərliyinin mətbuat katibinin sözlərinə görə, ölənlərin sayı artacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/eddis-ebebedde-zibil-yigininin-altinda-qalaraq-olenlerin-sayi-35-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR