Qara Qarayev məşqdən qovuldu! - ŞOK QƏRAR

Qara Qarayev məşqdən qovuldu! -   ŞOK QƏRAR
20:27 12 Mart 2017
145 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün əvəzedicilərin çempionatında baş tutan "İnter" - "Sumqayıt" görüşü meydan sahiblərinin düşərgəsində suları bulandırıb. Meydan sahiblərinin (2:3) məğlubiyyəti yaşanan hadisənin yanında toya getməli olub.


İlk yarıdan sonra hesabda 2:1 öndə olan "İnter"də 2-ci hissənin startında əvəzetmə olub: Füzuli Məmmədov Qara Qarayevi döyüşə atıb. Lakin cəmi 10 dəqiqədən sonra mütəxəssis Qarayevi əvəzləmək qərarına gəlib. Bundan hiddətlənən hücumçu ehtiyat oyunçular skamyasına yollanmayıb və görüşü kənardan seyr etməyi üstün tutub. 


Final fitinə 5 dəqiqə qalmış qonaqlar hesabda önə keçib və bu qolu Qara alqışla qarşılayıb. Bunu görən Məmmədov "rəqib komandanın qoluna sevinirsən?" - futbolçusuna ittihamdolu sual ünvanlayıb.


Məsələ bununla bitməyib. "İnter"in əsas heyətinin axşamkı məşqinə qatılmaq istəyən Qaraya baş məşqçi Zaur Svanadze qapını göstərib. 


Hadisənin həqiqətə uyğun olub-olmaması ilə bağlı gürcü mütəxəssisə müraciət etdik. 58 yaşlı məşqçi dediklərimizi təsdiqlədi: "Qaranı komandadan qovmamışam. Yaşanan hadisəyə görə, məşqə buraxmadım. Onun taleyinə hələ ki, aydınlıq gəlməyib. İndi bütün diqqətimiz sabahkı oyuna yönəlib. Bundan sonra yaşanmış hadisəylə bağlı rəhbərliklə müzakirələr aparacağıq və Qarayevin taleyinə aydınlıq gətirəcəyik".


Mənbə: sport24.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qara-qarayev-mqdn-qovuldu-t56872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR