Haitidə avtobus qəzası

Haitidə avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, avtobusun insanların sıx olduğu yerə sürməsi nəticəsində azı 34 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə ölkənin şimalında Qonaiv şəhərində baş verib. 33 nəfər yerində ölüb.

Haiti mülki müdafiə rəhbəri Jan Baptist Mari-Alt hadisəni belə şərh edib: "Əvvəlcə avtobusu iki piyadanı vurub, nəticədə bir nəfər həlak olub, bir nəfər xəsarət alıb". Onun sözlərinə görə, bundan sonra avtobus hadisə yerindən qaçmağa cəhd göstərib və bir qrup musiqiçilərin üzərinə çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR