Cey Lo yeni sevgilisi ilə Baham adalarına getdi - FOTO

Cey Lo yeni sevgilisi ilə Baham adalarına getdi - FOTO
21:27 12 Mart 2017
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, müğənni və aktrisa Cennifer Lopez həftəsonunu keçirmək üçün əkiz uşaqları ilə birgə Mayamiyə yola düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, tətilini yeni sevgilisi, beysbolçu Aleks Rodrigezlə birgə keçirib.

Yeni məlumata əsasən, cütlük Mayamidən Baham adalarına yollanıb. Paparazzilərə tuş gəlməmək üçün şəxsi təyyarələri ilə adaya gedən Cey Lo və Aleksin dostlarından birinin evində qaldıqları bildirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR