Azәrbaycanlı futbolçu Almaniyada het-trik etdi

Azәrbaycanlı futbolçu Almaniyada het-trik etdi
21:37 12 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisində oynamağa razılıq verən Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubunun 19 yaşlılardan ibarət komandasının heyətində növbəti matçını keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu Frankfurt təmsilçisinin heyətində "Stuttqarter"in 19 yaşlılardan ibarət komandası ilə XXI tur çərçivəsində keçirilən matçda iştirak edib.

Qarşılaşma Dadaşovun komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz oyunda 3 qolla yadda qalıb və komandasının böyükhesablı qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, Dadaşovun komandası geridə qalan 21 turda 27 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR