"Associated Press": İŞİD Qərbi Mosulda tamamilə mühasirəyə alınıb

"Associated Press": İŞİD Qərbi Mosulda tamamilə mühasirəyə alınıb
21:42 12 Mart 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 mart. REPORT.AZ/ İraqın Mosul şəhərinin qərb hissəsindəki İŞİD terrorçuları tamamilə mühasirəyə alınıb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" ABŞ-ın İŞİD-lə mübarizə koalisiyasının xüsusi nümayəndəsi Brett MakQarka istinadən xəbər verib.
B. MakQark vurğulayıb ki, İraq hərbçiləri Mosula aparan sonuncu yola da nəzarəti ələ keçiriblər. Bununla da ərazidəki terrorçular tamamilə mühasirəyə alınıb. 
Onun sözlərinə görə, qruplaşma İraqda işğal etdiyi ərazinin təxminən 60 faizini itirib. 
Qeyd edək ki, İraq hərbçilərinin Mosulu İŞİD terrorçularından mart ayı ərzində tamamilə azad edəcəyi bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/associated-press-i-si-d-qerbi-mosulda-tamamile-muhasireye-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR