Azyaşlı dilənçidən insanlıq dərsi

Keniyanın paytaxtı Nayrobidə dilənçiliklə məşğul olan azyaşlı etdiyi hərəkətə görə ölkədə böyük rəğbət qazanıb.

Metbuat.az bildirir ki, Con Sou adlı uşaq dilənmək üçün avtomobillərin birinə yaxınlaşarkən qadın sürücünün oksigen balonu ilə nəfəs aldığını görüb. Qadının yardıma ehtiyacı olduğunu anlayan Con ona dərman alması üçün yığdığı bütün pulları təklif edib.

Bu hadisəni fotokamerasının lentinə alan digər sürücülərdən biri çəkdiyi fotoları sosial şəbəkədə paylaşıb. Bundan sonra ölkədə hamı Conu tanımağa başlayayıb. Onun Keniyadakı varlı bir ailə tərəfindən övladlığa götürüldüyü bildirilir.

Orxan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR