Millimizin futbolçusu Almaniyada het-trik etdi

Millimizin futbolçusu Almaniyada het-trik etdi
22:17 12 Mart 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nın Azərbaycan yığmasında oynamasına icazə verdiyi Renat Dadaşv Almaniyanın “Ayntraxt” klubunun U-19 komandasında növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, gənclər liqasının XXI turunun "Ştuttqart Kickers"lə ev oyununda iştirak edib.


Oyun "Ayntraxt"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Renat bu matçda 3 qola imza atıb. 17 yaşlı hücumçu qarşılaşmanın 17, 45 və 49-cu dəqiqələrində komandasının 2, 3 və 4-cü qollarını vurub.


Qeyd edək ki, "Ayntraxt" 21 turda 28 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-futbolcusu-almaniyada-het-trik-etdi-t56873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR