"Barselona"nı fransızların "ahı tutdu" - VİDEO

"Barselona"nı fransızların "ahı tutdu" - VİDEO
22:23 12 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında PSJ üzərində möcüzəvi (həm də qalmaqallı) qələbədən sonra “Barselona” çempionluq yolunda ciddi zərbə alıb.

Publika.az xəbər verir ki, Kataloniya klubu İspaniya çempionatında uğursuzluqla üzləşib. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Deportivo”nun qonağı olan Luis Enrikenin komandası 1:2 hesabı ilə uduzub. 27 oyundan sonra “Barselona” 60 xalla lider olsa da, ondan cəmi 1 xal geri qalan - 59 xala malik “Real” Kataloniya klubundan 2 oyun az keçirib.

“Real”ın növbəti matçı bu gün Bakı vaxtı ilə saat 23.45-də “Betis”ə qarşı olacaq.

“Deportivo” – “Barselona” 2:1
Qollar:
Joselu, 40 (1:0), Luis Suares, 46 (1:1), Alexandro Berqantinos, 74 (2:1)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR