Dəməşqdə baş vermiş terror aktlarında ölənlərin sayı 74-ə çatıb

Dəməşqdə baş vermiş terror aktlarında ölənlərin sayı 74-ə çatıb
22:37 12 Mart 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 mart. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhərində baş vermiş iki terror aktında ölənlərin sayı 74 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Manar" radiostansiyası Suriyada İnsan Haqları üzrə Rəsədxanaya istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, ölənlərin əksəriyyəti şiə təriqətinə məxsus İraq vətəndaşlarıdır. 
Qeyd edək ki, hadisə paytaxt yaxınlığındakı məzarlıqda baş verib. Dindarları daşıyan avtobuslarda partlayıcı qurğuların işə düşməsi nəticəsində habelə onlarla insan xəsarət alıb.
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Lakin raidostansiya hadisənin iki kamikadze tərəfindən törədildiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/demesqde-bas-vermis-terror-aktlarinda-olenlerin-sayi-74-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR