Azərbaycanlı müğənni ana oldu

Müğənni Kəmalə Qaramollayeva ana olub.

Metbuat.az bildirir ki, 5 ildir evlilik həyatı sürən Kəmalənin oğlan övladı dünyaya gəlib.

Bu barədə açıqlama verən müğənni deyib:

"Nəhayət ki, ən böyük arzuma çatdım. Allah olmayanlara qismət eləsin. Bu hiss dünyada heç bir hislə əvəz olunmur. Oğul anası oldum".

Qeyd edək ki, "Azəri star" yarışmasından tanınan K.Qaramollayeva Teymur adlı Türkiyə vətəndaşı ilə ailəlidir

// axşam.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR