Biləsuvar polisi avtomobil oğrularını yaxalayıb

Biləsuvar polisi avtomobil oğrularını yaxalayıb
23:57 12 Mart 2017
258 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 12 mart. REPORT.AZ/ Biləsuvar rayon polisi avtomobil oğurluğu ilə məşğul olan Cəlilabad sakinlərini yaxalayıb.
“Report”un Aran bürosu xəbər verir ki, Cəlilabad rayon sakinləri - Tahir Abdinov Natiq Muradovla qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda Biləsuvar, Cəlilabad və Masallı rayonlarından 5 avtomobil oğurlayıb.
Tahir Abdinov avtomobil ustası olduğu üçün oğurlanmış maşınlar bir müddət onun təmir sexində saxlanılıb. Məlum olub ki, oğurlanmış avtomobillərdən ikisi müxtəlif vaxtlarda ehtiyat hissələrinə bölünərək, biri isə işlək halda müxtəlif şəxslərə satılıb. Ən qəribəsi isə odur ki, Tahir Abdinovla Natiq Muradov diqqəti yayındırmaq və ələ keçməmək üçün oğurladıqları avtomobillərin nömrələrindəki hərfləri sonradan xüsusi lentlərlə dəyişişiblər.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvar-polisi-avtomobil-ogrularini-yaxalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR