Ağstafada 39 yaşlı kişi bıçaqlanıb

Ağstafada 39 yaşlı kişi bıçaqlanıb
00:12 13 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa. 12 mart. REPORT.AZ/ Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Köçəsgər kəndində baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu şəxsiyyəti hələlik müəyyənləşdirilməyən şəxs tərəfindən sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. O, yaxınları tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralı həkimlər tərəfindən əməliyyat edilib. Xəstəxanadan verilən məlumata görə, A. Əliyevin vəziyyəti orta ağırdır.
Ağstafa Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, A. Əliyev polisə yıxılaraq yaralandığını bildirib. Hazırda hadisənin başvermə səbəbləri və hadisəni törətmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-39-yasli-kisi-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR