Azyaşlı bağlı qapı arxasında qaldı

Bakıda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

Metbuat.az FHN-nin rəsmi saytına istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilin qapısı açılraq azyaşlı valideynlərinə təhvil verilib. Əməliyyat saat 22:25-də başa çatıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR