Azərbaycanda villaları qarət edən dəstə saxlanıldı

Azərbaycanda villaları qarət edən dəstə saxlanıldı
00:23 13 Mart 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Villalardan qarət edən dəstə saxlanılıb.

Publika.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində baş verib. Çoxsaylı zərərçəkmişlər rayon polis idarəsinə məlumat veriblər ki, evdə olmadıqları vaxt mənzillərindən xeyli məişət avadanlıqları oğurlanıb.

Hadisə yerlərində araşdırmaya başlayan polis əməliyyat qrupu yaradaraq cinayətkarların izinə düşblər. Çox çəkməyib ki, hadisələri törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə yaxalanıb. Onlar 24 yaşlı Ramil Abdullayev, 29 yaşlı Namiq Abışov, 28 yaşlı Ramil Kərimov və 19 yaşlı Amal Qəmbərovdur.

İlkin dindirmə zamanı saxlanılan şəxslər Mehdiabad, Fatmayı, Goradil kənd ərazilərində 15-dən çox evdən oğurluq etdiklərini deyiblər. Onlar müxtəlif vaxtlarda evlərdən qızıl-zinət əşyaları və xeyli televizor oğurlayıblar. Oğurluq təklifi isə dəstə üzvlərinə Namiq Abışovdan gəlib. O, bütün oğurluqlarda iştirak edib. Və evlərə özü daxil olub.

Həmin şəxslər əlbir olub oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə satıblar. Pul isə 4 nəfər arasında ata malı kimi bölünüb.

Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR