Qvatemalada baş vermiş yanğın zamanı ölənlərin sayı 40-a çatıb

Qvatemalada baş vermiş yanğın zamanı ölənlərin sayı 40-a çatıb
00:57 13 Mart 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 40 nəfərə çatıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, ağır yanıq xəsarətləri almış daha 1 nəfər ölkə paytaxtındakı "Roosevelt" xəstəxanasında dünyasını dəyişib.
Hazırda xəstəxanada daha 15 yaralı var. Onlardan 10-un vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, güclü yanğın paytaxt yaxınlığında, ailə zorakılıqları ilə üzləşmiş uşaqların olduğu mərkəzdə, martın 8-də baş verib. Hadisə zamanı onlarla uşaq və mərkəz işçisi yanıq xəsarətləri alıb.
İlkin məlumatda həlak olanların sayının 17, yaralıların sayının isə 30 nəfər olduğu bildirilirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qvatemalada-bas-vermis-guclu-yangin-zamani-olenlerin-sayi-40-a-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR