Yanğında 40 azyaşlı öldü

Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 40 nəfərə çatıb.

Metbuat.az bildirir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Hazırda ölkənin tibb müəssisələrində 15 yeniyetmə müalicə alır, onlardan 10-nun vəziyyəti ağır kimi qiymətləndirilir. Dörd nəfər ağır yanıq xəsarətləri alan yeniyetmə qız müalicə üçün ABŞ-a göndərilib.

Qeyd edək ki, martın 8-də Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində yanğın baş verib. Faciə zamanı həyatını itirən və xəsarət alanların hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir. Bundan əvvəl bildirilmişdi ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması səbəb ola bilər. Məlumata görə, yeniyetmələr mərkəzdə onlarla pis rəftara və qidanın keyfiyyətsizliyinə etiraz ediblərmiş.

// APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR