İsraildə üç yeniyetmə 6 metr hündürlükdən yıxılaraq xəsarət alıb

İsraildə üç yeniyetmə 6 metr hündürlükdən yıxılaraq xəsarət alıb
04:27 13 Mart 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ İsraildə 3 yeniyetmə 6 metr hündürlükdən yıxılaraq xəsarət alıb.
"Report" "MIG News"a istinadən xəbər verir ki, hadisə Nazaret şəhərində baş verib.
Məlumata görə, yeniyetmələrdən ikisinin – 13 və 16 yaşlı oğlanlar hadisə zamanı ciddi xəsarət alıblar. Hadisə yerinə helikopter cəlb olunub və yaralılar Hayfa şəhərindəki Ramba xəstəxanasına yerləşdirilib.
Digər 13 yaşlı yeniyetmə isə yıxılarkən yüngül xəsarət alıb və Nazaretdəki xəstəxanaya aparılıb. Polis bildirib ki, hadisə yerinə ilkin baxış yeniyetmələrin şüşə tavanın üstünə çıxdıqlarını, hadisənin də buna görə – tavanın yeniyetmələrin ağırlığına tab gətirməməsi səbəbindən baş verdiyini göstərir.
Hadisənin detalları açıqlanmır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srailde-uc-yeniyetme-6-metr-hundurlukden-yixilaraq-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR