Niderlandın baş naziri Türkiyədən üzr istəməyəcəyini bildirib

Niderlandın baş naziri Türkiyədən üzr istəməyəcəyini bildirib
06:17 13 Mart 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Niderlandın baş naziri Mark Ryutte Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmaqdan imtina etməsi ilə əlaqədar hökumət adından üzr istəməyəcəyini bildirib.
"Report"un məlumatına görə, bu barədə "Wakker Nederland" telekanalı xəbər verib.
"Üzr istəməkdən söhbət gedə bilməz. Onlar dünən etdiklərinə görə üzr istəməlidirlər" - deyə baş nazir vurğulayıb. 
Bununla yanaşı, Mark Ryutte iki ölkə arasındakı gərginliyi aradan qaldırmağa hazır olduğunu da qeyd edib. "Mən gərginliyin aradan qaldırılmasına hazırlaşıram, amma üzr istəməyəcəm", - deyə o bir daha təkrar edib.
Bundan başqa, Ryutte əlavə edib ki, ona üzr istəməsi haqqında sual vermiş jurnalistlər ağıllarını itirir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/niderlandin-bas-naziri-turkiyeden-uzr-istemeyeceyini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR