"Milan" futbolçuları "Juventus Stadium"a zərər yetirib

"Milan" futbolçuları "Juventus Stadium"a zərər yetirib
07:37 13 Mart 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasının 28-ci turunda "Yuventus"un qonağı olan "Milan" Dibalanın matçın sonunda vurduğu penalti qolu ilə 2:1 uduzdu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu oyundan sonra "rossoneri"nin futbolçuları "Juventus Stadium"un paltardəyişmə otağına zərər yetiriblər. Matç başa çatandan sonra Karlos Bakka referi Davide Massanın üzərinə qaçmış və emosional formada iradlarını bildirmişdi. "Milan"ın baş məşqçisi Vinçezno Montella konfliktin böyüməsinə imkan verməyərək kolumbiyalı hücumçunu kənara çəkmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR