Avropanın qürubu: Sizi dininizi dəyişmək belə xilas etməyəcək

Avropanın qürubu: Sizi dininizi dəyişmək belə xilas etməyəcək
08:08 13 Mart 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

ənab Qorbaçov, bu divarları dağıdın", 1987-ci ildə Berlin divarının qərbindən şərqinə boylanan Reyqanın bu çağırışından üç il sonra Avropanı ikiyə bölən hasarlar uçuruldu. Demokratiya, insan azadlığı qalib gəlmişdi, əsarət bitmişdi. Uçan hasarın daşlarını tapdalayıb keçən almanlara əl çalan Avropa belə hesab edirdi.

25 il öncə Berlin divarını uçurdanlar indi yeni hasarlar ucaldırlar. Bu dəfə müsəlmanlara qarşı.

2010-cu ildə başlanan "ərəb baharı"ndan sonra müsəlman coğrafiyası ciddi kataklizmlər dövrünə qədəm qoydu. Suriyada hər şey pik həddə çatdı və Qərb istehsalı olan bombalardan qaçan müsəlmanların miqrant köçü başladı. Avropa pənah yeri idi. Lakin qaçanlar onları gözləyən Avropanı yaxşı tanımırdılar...

"Bütün müsəlmanları öldürün".

Avropa küçələrini bu şüarlar bəzəməyə başladı. "PEGİDA" (Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar) 2015-ci ildə Praqada toplantı keçirdi və orada Yaxın Şərqdən və Afrika çöllərindən Avropaya axın edən müsəlman miqrantlara qarşı etiraz aksiyalarının keçirilməsi qərara alındı. "Praqa Deklarasiyası" adlanan sənədi qəbul edənlər "Avropanın İslamlaşdırılmasına qarşı savaşmaq hamımızın ortaq məqsədidir" deyə bəyan etdilər.

Müsəlmanların məhvinə qarşı şüarlar əvvəlcə millətçilər tərəfindən səslənsə də, daha sonra rəsmilər də eyni şüarların əsirinə çevrildi.

"Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub, boğulmayacaqları məni maraqlandırmır".

Belçikanın miqrantlarla iş üzrə naziri Theo Françen belə deyir.

"İnsan ovu"

Lakin Avropa təkcə müsəlmanları dənizə tökməklə kifayətlənmir, onlar "miqrant ovu"na çıxırlar.

PEGİDA-nın rəhbərlərindən olan 52 yaşındakı Almaniya vətəndaşı Tatyana Festerlinq və onun dəstəsi Türkiyə-Bolqarıstan sərhədində qeyri-qanuni yollarla Avropaya getmək istəyən miqrantları təqib edirlər. Onun dəstəsində keçmiş hərbiçilər də var. Təqib edərək tutduqları miqrantları bolqar polisinə təslim edirlər. Və bundan həzz aldıqlarını gizlətmirlər də.

"Daly Meyl" nəşri yazır ki, 2100-cü ildə varlılar arasında ən məşhur məşğuliyyət insan ovu olacaq. Görünür, bu dövr artıq Avropada başlayır.

"Aclıq oyunları"

Lankaşira Mərkəzi Universitetinin professoru Deniel Rayt (Daniel Wright) və onun həmkarları isə hesab edirlər ki, təxminən 2200-ci ildə insan ovu məşhur "Aclıq oyunları" filmindəki kimi populyar olacaq.

Miqrant düşərgələrindəki vəziyyət əsl "Aclıq oyunları" filmini xatırladıq. Yunanıstanda 14 min miqrantın qaldığı düşərgədə ərzaq üstündə insanların bir-birinə hücum çəkməsi, gözünü çıxarması Avropanın vicdanının göstəricisidir.

Məscidlər murdarlanır

Miqrant düşərgələrinə edilən hücumların sayı isə hər gün artmaqdadır. Almaniya təhlükəsizlik xidmətlərinin verdiyi məlumatlara görə, bu ölkədəki düşərgələrə 2014-cü il ərzində 199 hücum edilib. 2015-ci ildə bu rəqəm 1031-ə yüksəlib. 2016-ci ilin başlanğıcından bugünə qədər qaçqın düşərgələrinə 750 hücum qeydə alınıb.


Düşərgələrlə yanaşı, məscidlərə də hücumlar edilir. Və hücum edənlər məscidləri murdarlayır və ora donuz tullantıları atırlar. Bu, Avropada "vicdan azadlığı"nın səviyyəsini göstərir.

Nasistlər gün üzünə çıxır

Almaniyanın federal kriminal xidmətinin prezidenti Holqer Myunx "Tagesspiegel" nəşrinə müsahibəsində bildirib ki, 1998-ci ildən 2011-ci ilə qədər Almaniyanın hər yerində miqrantları öldürən radikal sağçıların "zirzəmilərdən çıxması" riski artır.

Müsəlmanlara edilən hücumların arxasında nasistlərin olması faktı da bunu deməyə əsas verir.

Nasizmin qayıtdığı Avropa həm də orta əsrlərə geri dönür. Ərəblərin Əndəlusa hücumu zamanı "Bütün müsəlmanları ucdantutma məhv edin, hətta xristianlığı qəbul etmişləri belə. Qoy Allah özü onlarla haqq-hesab çəksin" çağırışlarını tarix unutmayıb.

Əlidəyənəkli demokratlar



Və bizdən – Azərbaycandan Avropaya inteqrasiya etməyimiz tələb olunur. O Avropa ki, müsəlmanları öldürür, ovlayır, məscidləri murdarlayır, Şərqin qarşısında yeni divarlar hörür. O Avropa ki, liberal dəyərləri nasizm sobasında yanmaqdadır. Və o Avropa ki, artıq qürubunu yaşayır.

"Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! "Müsəlmanlara stop" deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?!".

Azərbaycan lideri İlham Əliyev Avropanın vəziyyətini açıq şəkildə göstərir.

Azərbaycan öz yolunu aydın şəkildə cızıb. Biz sadəcə əməkdaşlıq edə bilərik və Bakı bu əməkdaşlığa həmişə sadiqdir. Lakin qürubunu yaşayan Avropa "bizə inteqrasiya edin" deyə öz uçurumunun ağzını açır. Əks halda, təzyiqlər, kampaniyalar, müxtəlif iftiralar işə düşür.

Ölkə daxilində Avropanın dili ilə danışanlar bu iftiraları səsləndirir və "xilasımız Avropadadır" deyə bəyan edirlər. Hansı Avropa?!

Bu arada Azərbaycandan Avropaya inteqrasiya etmiş birinin (etik qaydalara görə ad açıqlanmır) dedikləri yada düşür.

"Bura heç də deyildiyi kimi deyil. Sanki dustaqxanadır. Bizə ərzaq çəki ilə verilir və verilən ərzaqlar istifadə müddətinin başa çatmasına bir gün qalmış olurlar. Misal üçün, mağazadakı yağın istifadə müddəti sabah başa çatacaqsa, onu verirlər", - deyə Almaniyada miqrant düşərgəsində uzun müddət yaşamış azərbaycanlı danışır.

Həmin azərbaycanlı miqrant probleminin geniş vüsət almadığı və Avropanın yeni divarlar hörmək qərarının verilmədiyi vaxt mühacir etmişdi.

Və bu gün "Bütün müsəlmanları ucdantutma məhv edin, hətta xristianlığı qəbul etmişləri belə..." çağırışları fonunda hələ də Avropaya "bilet" almaq üçün mitinqlərə çıxıb şəkil çəkdirənlərimiz var. Sizi dininizi dəyişmək belə xilas etməyəcək!

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/171608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR