Kərgədanları qorumaq üçün...

Kərgədanları qorumaq üçün...
08:37 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Belçikada "Pairi Daiza" adlı özəl zooparkın sahibləri kərgədanları brakonyerlərdən qorumaq üçün onların buynuzunu kəsmək qərarına gəlib.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, administrasiya bu görünməmiş addımı bu həftə brakonyerlərin ağ kərgədanı güllələdikdən sonra onun buynuzunu mişarla kəsməsi ilə əlaqələndirib.

Rəsmi məlumata görə, indiyədək Avropada belə hallar olmayıb.

Bəzi ölkələrin xalq təbabətində kərgədan buynuzu müalicə üçün istifadə olunur. Qara bazarda buynuzun bir kiloqramının qiyməti on minlərlə dollar təşkil edir.

Kərgədanların qorunması üçün buynuzlarının kəsilməsi Afrikada tez-tez istifadə edilir. Baytarlar deyirlər ki, bu prosedur ağrısızdır və zaman keçdikcə buynuz yenidən gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR