Bakıda DƏHŞƏTLİ CİNAYƏT: keçmiş məhkum atasını öldürdü, anasını...

Bakıda DƏHŞƏTLİ CİNAYƏT: keçmiş məhkum atasını öldürdü, anasını...
09:13 13 Mart 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qətl hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

E.Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y.Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E.Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

E.Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR