"Zirə" Gəncə səfərində, "İnter" "Sumqayıt"ı qəbul edir

"Zirə" Gəncə səfərində, "İnter" "Sumqayıt"ı qəbul edir
09:22 13 Mart 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin Qətərlə oyunu ilə əlaqədar vaxti dəyişdirilən XXII turun görüşləri iki gün davam edəcək.

Sonuncu dövrəyə Gəncədə start veriləcək. Bu il qələbə qazana bilməyən "Kəpəz" evdə uduzmadığı "Zirə"ni sınağa çəkəcək. Mövsümün ikinci yarısının ən yaxşılarından olan Ayxan Abbasovun yetirmələri 4-cü sıradakı mövqeyini möhkəmlətmək əzmindədi. Şahin Diniyevin komandası isə "Neftçi"ni keçmək üçün mütləq qələbə qazanmalıdı.
 
İlk "üçlük"də qalmaq iddiasında olan "İnter" "Sumqayıt"ı qəbul edəcək. Ardıcıl uğursuzluqlarla avrokubok şansını çətinə salan Samir Abasovun yetirmələri iddialı rəqibini büdrətməyə ümidlidi. Zaur Svanadzenin komandası isə "Qəbələ" məğlubiyyətini unutdurmaq üçün meydana çıxacaq.
 
Azərbaycan Premyer Liqası
XXII tur
13 mart (bazar ertəsi)

15:00. "Kəpəz" - "Zirə"
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1

18:00. "İnter" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
"İnter Arena"
İlk 3 dövrədəki oyunlar: 2:1, 3:1, 2:2
 
Turnir cədvəli

1

Qəbələ

21

13

7

1

41-11

46

2

Qarabağ

21

14

3

4

36-11

45

3

İnter

21

9

9

3

31-21

36

4

Zirə

21

8

5

8

20-22

29

5

Sumqayıt

21

6

7

8

20-28

25

6

Neftçi

21

6

2

13

16-35

20

7

Kəpəz

21

3

9

9

14-24

18

8

AZAL

21

1

6

14

9-35

9

Bombardir: Filip Ozobiç (Qəbələ) - 11.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR