Azərbaycanlı müğənni namaz vaxtı dünyasını dəyişdi - Rusiyada - FOTO

Azərbaycanlı müğənni namaz vaxtı dünyasını dəyişdi - Rusiyada -  FOTO
09:37 13 Mart 2017
232 Ölkə
Ölkə mətbuatı
A- A+

ATV telekanalında yayımlanmış "Azərbaycanın Səsi-2016" yarışmasının finalçılarından olan Rəşad Ənvəroğlu dünyasın dəyişib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, təxminən üç həftə öncə işləmək üçün Rusiyaya gedən gənc ifaçı axşam saat 5-6 radələrində naməlum səbəblərdən vəfat edib.

İddialara görə, Rəşad namaz vaxtı vəfat edib. Müğənninin ölümü ilə bağlı paralel olaraq başqa bir versiya da səsləndirilir. Belə ki, onun Rusiyada çalışdığı restoranda toy idarə edərkən dünyasını dəyişdiyi söylənilir.

Qeyd edək ki, əslən Göyçay rayonundan olan Rəşad ailəli idi. 2 azyaşlı övlad atasıydı.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR