Argentinada rok festivalda iki nəfər ölüb

Argentinada rok festivalda iki nəfər ölüb
09:42 13 Mart 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Argentinanın Olavarriya şəhərində açıq havada keçirilən böyük rok konserti zamanı yaranmış basırıqda iki nəfər ölüb, 10-dan çox insan yaralanıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, basırıq musiqiçilərin festivalın son mahnılarından birini ifa etdiyi zaman yaşanıb. Böyük izdiham səhnəyə istiqamətlənib və nəticədə basabas və panika yaranıb.
Polis izləyicilərin sayının həddindən artıq olmasına görə, vəziyyətə nəzarətin əldən çıxdığını düşünür. Təşkilatçıların məlumatına görə, konserti 250 mindən artıq insan ziyarət edib. Maraqlıdır ki, Olavarriya şəhərində cəmi 100 minə yaxın insan yaşayır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/argentina-rok-festivalda-basiriq-neticesinde-iki-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR