Volkan Dəmirəl "Fənərbaxça"dan gedir?

“Fənərbaxça" futbol klubunun qapıçısı Volkan Dəmirəl gələcək karyerası ilə bağlı açıqlama verib.

Metbuat.az bildirir ki, məşhur qapıçı "Fənərbaxça"dan gedəcəyi təqdirdə xarici klublardan biri ilə anlaşa biləcəyini deyib:

"Artıq 15 ildir ki, "Fənərbaxça"nın uğurları üçün çalışıram. “Fənərbaxça"dan getsəm öz ölkəmdə deyil, xarici klublardan birində oynamaq istəyirəm”.

Qeyd edək ki, Volkan Dəmirəlin müqaviləsi mövsümün sonunda bitəcək. Klub rəhbərliyindən qapıçı ilə yeni müqavilə bağlanacağı haqda açıqlama verilməyib.

Sərdar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR