Bakıda naməlum avtomobil piyadanı vurub

Bakıda naməlum avtomobil piyadanı vurub
09:47 13 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Bakıda naməlum avtomobilin vurduğu 59 yaşlı kişi ağır kəllə-beyin travması alıb.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində 1958-ci il təvəllüdlü Babayev Baxış Saleh oğlunu naməlum avtomobil vurub. Ağır xəsarət alan B.Babayev xəstəxanaya yerləşdirilib.
Həkimlərin müayinəsindən sonra B.Babayevin sağ və sol qabırğalarının sındığı, ağır kəllə-beyin travması aldığı məlum olub. 
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-namelum-avtomobil-piyadani-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR