“Premier Credit”in rəhbərliyi dəyişib

“Premier Credit”in rəhbərliyi dəyişib
09:52 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ “Premier Credit” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.
“Report” BOKT-un idarəetmə hesabatına istinadən xəbər verir ki, bu, Sultan Gündüz oğlu Mirzəyevdir.
O, direktor vəzifəsində Nicat Məhərrəm oğlu Ömrümovu əvəz edib.
Xatırladaq ki, “Premier Credit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 310 min manatdır. BOKT-un təsisçiləri 34%-lik payla Şəhla Muxtar qızı Mehdiyeva, 33%-lik payla Validə İlham qızı Əzizova və 33%-lik payla İlahə Ənvər qızı Bəxşəliyevadır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/premier-kredit-in-rehberliyi-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR