SOCAR yeddi neft tankeri aldı

SOCAR yeddi neft tankeri aldı
10:05 13 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Trading SA" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir: "Logistika üzərində nəzarət ticarət strategiyasının həyata keçirilməsi zamanı üstünlüklər verir".

Ötən ay bağlanan razılaşmaya əsasən, SOCAR 2 ədəd 120 min ton tutumu olan "Suetsmaks" və 5 ədəd 80 min tutumlu "Aframaks" sinifli tanker əldə edib.
 
A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR