Azərbaycanlı müğənni Rusiyada dünyasını dəyişdi

Azərbaycanlı müğənni Rusiyada dünyasını dəyişdi
10:08 13 Mart 2017
266 Şou
Ölkə mətbuatı
A- A+

ATV telekanalında yayımlanmış "Azərbaycanın Səsi-2016" yarışmasının finalçılarından olan Rəşad Ənvəroğlu dünyasın dəyişib.

Təxminən üç həftə öncə işləmək üçün Rusiyaya gedən gənc ifaçı axşam saat 5-6 radələrində naməlum səbəblərdən vəfat edib.

İddialara görə, Rəşad namaz vaxtı vəfat edib. Müğənninin ölümü ilə bağlı paralel olaraq başqa bir versiya da səsləndirilir. Belə ki, onun Rusiyada çalışdığı restoranda toy idarə edərkən dünyasını dəyişdiyi söylənilir.

Qeyd edək ki, əslən Göyçay rayonundan olan Rəşad ailəli idi. 2 azyaşlı övlad atasıydı. (milli.az)




Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/191127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR